Azedu.az

Prezident MÜKAFATÇISI: "Təltif olunmaq mənim üçün böyük stimuldur"

Xəbərlər

Müsahibə və reportajlar

31 Yanvar 2025, 15:30
Prezident MÜKAFATÇISI: "Təltif olunmaq mənim üçün böyük stimuldur"

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bir qrup gəncə şəxslərə 2025-ci il Gənclər üçün Prezident mükafatları verilməsi barədə Sərəncam imzalayıb.

 

Fərqlənən gənclərdən biri də Rüstəm Əzimovdur.

 

AzEdu.az Təhsil Portalı olaraq Rüstəm Əzimovla əlaqə saxlayıb, onu təbrik etdik və uğurları barədə ətraflı özündən dinlədik.

 

R.Əzimov qeyd etdi ki, o, 2020-ci ildən etibarən İdarəetmə Sistemləri İnstitutunda tədqiqatçı kimi fəaliyyət göstərir:

 

“Həmin institutda əvvəl böyük laborant, sonra kiçik elmi işçi, hazırda isə elmi işçi kimi fəaliyyət göstərirəm. Bir neçə il ərzində həm burada tədqiqatla məşğul olmuşam, həm də magistratura pilləsini bitirmişəm. Doktorantura təhsilimi isə müdafiə etmişəm.

 

Bu müddət ərzində Süni intellekt məsələləri ilə eyni zamanda, mətnlərin müəlliflərinin tanınması üzrə işləmişəm. Süni intellektin iki növü üzrə tədqiqatlar aparmışam. Tədqiqatlarımın nəticələri beynəlxalq reytinqli jurnallarda, məsələn “Scopus”-da çap olunub.

 

Hələ tələbəlik illərindən etibarən özümü inkişaf etdirməyi sevirdim. Bu müddətdə 20-yə yaxın onlayn kurs bitirmişəm. Bu kursların bəziləri Stenford Universiteti, London İmperial Kollecinə məxsus olub”.

 

“Prezident tərəfindən təltif olunmaq mənim üçün çox böyük stimuldur”,- deyə müsahibimiz vurğulayıb:

 

“Çox şadam ki, etdiyim işlərdən xəbərdar olanlar var. Xüsusən Prezidentin məni mükafatlandırması qürurvericidir. İdarəetmə Sistemləri İnstitutunun bütün əməkdaşlarının uğurumda payı var. Ötən 4-5 illik müddət ərzində onlar bütün elmi təcrübələrini, biliklərini mənə və digər çalışanlara ötürüblər. Bacardığım qədər onların üzünü qara çıxarmamağa, mənə ötürdüklərini bir az da artırmağa çalışıram.

 

Hesab edirəm ki, elmi metodika istənilən məsələnin dayanıqlı həllinə gətirib çıxarır. Xüsusi ilə də dünyada mühəndislik nöqteyi-nəzərindən naməlum olan məsələlərin həllini tapmaq üçün mütləq şəkildən elmi metodika istifadə olunmalıdır. Mənim elmə başlama motivasiyam da məhz bu amil olub. Bir neçə dəqiqə öncəyə kimi eksperimentlər aparır, müxtəlif ədəbiyyatlar oxuyurdum.

 

Dünyada həlli məlum olmayan məsələlərin dayanıqlı həlli üçün elmi metodikaya əsaslanan zəhmət lazımdır. Bu zəhməti isə çəkmək mənim üçün xoşdur. Etdiklərim müqabilində stimul olunduqda, bu motivasiyam daha da artır”.

 

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox