Azedu.az

"Bu xəbəri eşitmək qürurvericidir" - Prezident mükafatçısı

Xəbərlər

Müsahibə və reportajlar

31 Yanvar 2025, 16:14
"Bu xəbəri eşitmək qürurvericidir" - Prezident mükafatçısı

Azərbaycan Prezidenti İlham Əliyev Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bir qrup gəncə şəxslərə 2025-ci il Gənclər üçün Prezident mükafatları verilməsi barədə Sərəncam imzalayıb.

 

Prezident mükafatçılarından biri də Məhərrəmova Şövkət Fikrət qızıdir. 

 

O, 1997-ci ildə anadan olub. Şövkət Məhərrəmova Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qruplarını bitirib, həmçinin SABAH qruplarının fəxri məzunudur. 2018-2020-ci illərdə magistratura təhsilini həmin universitetdə alıb. Tələbəlik illərində bir neçə sənədli və bədii film çəkib. Bu filmlər ölkədaxili və ölkəxarici müxtəlif festivallarda iştirak edib. Onun çəkdiyi filmlərdən "Epizod" və "6-45 Qatarı" xüsusilə diqqət çəkir.

 

Azərbaycan Televiziyasında rejissor kimi fəaliyyətə başlayan Şövkət Məhərrəmova  bu ildən etibarən AzTV-nin xüsusi layihələr studiyasında direktor müavini vəzifəsini icra edir. Eyni zamanda, Azərbaycan Dövlət  Mədəniyyət və İncəsənət Universitetində SABAH qruplarında müəllimlik edir.

 

O, AzEdu.az-a ilk təəssüratlarını bölüşüb.

 

Şövkət xanım ilk dəfə bu xəbəri iş yoldaşından öyrəndiyini qeyd edib:

 

"İş yoldaşım ilk dəfə xəbəri eşidən kimi məni təbrik etdi. Sözün düzü, mən heç nə anlamadım. Sonra aydın oldu ki, məni Prezident mükafatına görə təbrik edibmiş. Mənə həmin xəbərin linkini göndərdilər və məndə daxil olub baxanda çox təəccübləndim. O qədər çox sevindim ki... Özümlə fəxr elədim.

 

İlk növbədə Cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Əlbəttə ki, bu etimadın mənə göstərilməsi çox böyük qürurdur. Çalışacağam ki, bundan sonrakı fəaliyyətimdə də bu etimadı doğrulda bilim. Gələcəkdə Azərbaycanı nəinki ölkəmizdə, eyni zamanda xaricdə də təmsil etmək istəyirəm. 

 

Prezident mükafatçısı qarşıdan gələn Gənclər Günü münasibəti ilə bütün gəncləri təbrik edib:

 

"Onlara uğurlar arzulayıram. Daima zirvələrə doğru getsinlər. Hər zaman inkişaf üçün çalışsınlar. Çünki çalışan insanın zəhməti heç zaman yerdə qalmır. Zəhmətlərinin bəhrəsini mütləq görəcəklər. Ona görə də heç vaxt həvəsdən düşməsinlər. Məqsədlərinə doğru irəliləsinlər".

Rusiyadan ŞOK AÇIQLAMA - Türk birliyi dağıldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox