Azedu.az

Qumbara partlaması nəticəsində xəsarət alan məktəblinin vəziyyəti AĞIRDIR

Xəbərlər

31 Yanvar 2025, 14:45
Qumbara partlaması nəticəsində xəsarət alan məktəblinin vəziyyəti AĞIRDIR

Bu gün saat 11:30 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə qumbaranın partlaması nəticəsində xəsarət alan 2 nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

 

AzEdu.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.


Qeyd edilib ki, 1985-ci il təvəllüdlü qadına aşağı ətrafın qapalı travması, 2014-cü il təvəllüdlü məktəbli qıza isə aşağı ətrafın sıyrılmış-deşilmiş yarası diaqnozları qoyulub:

 

"Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib. Onların tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicələri davam etdirilir. Hazırda hər ikisinin vəziyyəti orta ağır qiymətləndirilir".

 

Xatırladaq ki, evdə əl qumbarasının partlaması nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.


Faktla bağlı araşdırma aparılır.

"Azərbaycan müəllimi" qəzeti

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox