Azedu.az

“Şirin Baba”nı səsləndirən aktyor vəfat etdi

Xəbərlər

Maraqlı

31 Yanvar 2025, 14:02
“Şirin Baba”nı səsləndirən aktyor vəfat etdi

Türkiyənin tanınmış aktyoru Sezai Altekin vəfat edib. 

AzEdu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Şəhər Teatrının sənətçilərindən olan və “Cənab Dublyaj” kimi tanınan Sezai Altekin 79 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, sənətçi ölkəsində unudulmaz cizgi filmi personajları olan “Şirin Baba”, “Bugs Bunny” və “Barni Moloztaş”ı səsləndirib. O, həmçinin “Paşa Gönlüm” və “İlişki Durumu: Karışık” ekran işləri ilə də yadda qalıb.

S.Altekinin böyük ekranda son çıxışı “Öteki Türkiyede Bir Cumhurbaşkanı” filmində olub.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox