Azedu.az

Kocaelidə ağır yol qəzasında yeniyetmə vəfat edib

Xəbərlər

31 Yanvar 2025, 09:33
Kocaelidə ağır yol qəzasında yeniyetmə vəfat edib

Türkiyənin Kocaeli şəhərinin Kandıra rayonunda iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, altı nəfər yaralanıb.

AzEdu.az xəbər verir ki, bu barədə DHA məlumat yayıb.

“Qəza saat 22:00 (Bakı vaxtı ilə 23:00 – red.) radələrində Kandıra rayonunun D-605 magistral yolunda baş verib. Magistral yolda Kefken [məhəlləsi] istiqamətində hərəkət edən <...> kiçik ticari avtomobil qarşı tərəfdən gələn <...> avtomobillə toqquşub. Toqquşmanın təsirindən avtomobillərin aşması nəticəsində sürücülərlə birlikdə 1-i uşaq olmaqla 7 nəfər yaralanıb”, – məlumatda qeyd olunub.

Bildirilib ki, həkimlərin müxadiləsinə baxmayaraq, yaralılardan 15 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb. Yeniyetmə yerləşdirildiyi xəstəxanada keçinib. Digər altı zərərçəkmişin müalicəsi davam etdirilir.

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox