Azedu.az

Yağmursuz keçib, duman olub - FAKTİKİ HAVA

31 Yanvar 2025, 09:28
Yağmursuz keçib, duman olub - FAKTİKİ HAVA

Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, Şamaxı, Yevlax, İmişli, Sabirabad, Hacıqabul, Neftçala, Biləsuvar, Lerikdə duman müşahidə olunub.

Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 2 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox