Azedu.az

Vəzifəli şəxsin ailəsi qəzaya düşdü - İKİ UŞAQ ÖLDÜ

30 Yanvar 2025, 09:05
Vəzifəli şəxsin ailəsi qəzaya düşdü - İKİ UŞAQ ÖLDÜ

Xəbər verdiyimiz kimi, Salyanda 4 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

AzEdu.az xəbər verir ki, hadisə Salyan rayonunun Seyidlər kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, “Mercedes” markalı avtomobil digər avtomobillə toqquşaraq idarəetməni itirib və kanala aşıb.

Hadisə nəticəsində 4 nəfər həyatını itirib.

Ölənlərdən biri Salyan Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Məmmədov Aqil Amil oğludur. Məlumata görə, İsmayılova Nərmin Güləli qızı və onun azyaşlı övladları İ.R. və İ.H. isə qəzadan sonra kollektora düşən avtomobilin içində suda boğularaq ölüblər.

Daha bir uşaq avtomobildən sağ çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azərbaycanlılar ayağa qalxdı - Urmiyada baş verənlərə Bakıdan reaksiya
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox