Azedu.az

Azərbaycanda səsvermə günü: 6-cı bələdiyyələr SEÇİLİR

Xəbərlər

29 Yanvar 2025, 08:54
Azərbaycanda səsvermə günü: 6-cı bələdiyyələr SEÇİLİR

Azərbaycanda bələdiyyə seçkiləri başlayıb.

 

AzEdu.az xəbər verir ki, seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir.

 

Bələdiyyə seçkiləri üçün məntəqələr yanvarın 29-u səhər saat 8:00-da açılıb, səsvermə saat 19:00-a qədər davam edəcək.

 

Seçkilərdə 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

 

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, 6-cı dəfə keçirilən bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

 

Qeyd edək ki, seçki günü ölkədə qeyri-iş günü kimi təsbit edilib.

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox