Azedu.az

UNEC beynəlxalq reytinqdə yenidən ölkə birincisi oldu!

Universitetlər

28 Yanvar 2025, 13:10
UNEC beynəlxalq reytinqdə yenidən ölkə birincisi oldu!

Dünyanın ən etibarlı və nüfuzlu universitet reytinqlərindən biri olan Webometrics (Ranking Web of Universities 2025 ) növbəti reytinq siyahısını açıqlayıb.

UNEC-dən AzEdu.az- a bildirilib ki, 200-dən çox ölkədən, 32.000-dən çox ali təhsil müəssisəsinin reytinqini müəyyən edən Webometrics-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ölkə üzrə birinciliyini qorumaqla yanaşı, dünya sıralamasında 120 pillə irəliləyərək, 2840-cı yerə yüksəlib. Reytinqə Harvard Universiteti  liderlik edir.

Qeyd edək ki, Webometrics dünya universitetlərinin akademik və rəqəmsal fəaliyyətlərini qiymətləndirən ən böyük reytinq sistemidir.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox