Azedu.az

Oğuzda ağır qəza: iki nəfər yaralandı

Xəbərlər

23 Yanvar 2025, 21:23
Oğuzda ağır qəza: iki nəfər yaralandı

Oğuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AzEdu.az xəbər verir ki, hadisə Oğuz-Kərimli-Şəki avtomobil yolunun Yaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Mingəçevir şəhər sakini 31 yaşlı Afiq Hacıyevin idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq ağaca dəyib və aşıb.

 

Nəticədə sürücü və onun sərnişini 21 yaşlı Fatimə Məmmədli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox