Azedu.az

Nazirlik: Meymunçiçəyi virusuna qarşı antibiotiklərdən istifadə olunmamalıdır

Xəbərlər

22 Yanvar 2025, 15:24
Nazirlik: Meymunçiçəyi virusuna qarşı antibiotiklərdən istifadə olunmamalıdır

Meymunçiçəyi virusuna yoluxma halında antibiotiklərdən istifadə olunmamalıdır.

AzEdu.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev virusla bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, antibiotiklərdən istifadə yalnız virusa yoluxmada hədsiz ağırlaşma halı baş versə, həkim məsləhəti ilə tətbiq oluna bilər:

“Meymunçiçəyi virus mənşəli xəstəlik olduğu üçün onun müalicəsində antibiotik istifadə olunmamalıdır. Çünki antibiotikdən istifadə sağalma periodunu gecikdirə bilər. Xəstənin ağırlaşma halında tətbiq olunsa belə, bu təkcə həkim göstərişi ilə edilməlidir”.

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox