Azedu.az

Yağış yağacaq - XƏBƏRDARLIQ

22 Yanvar 2025, 11:30
Yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 22-si axşamdan 23-ü səhərədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimal olunur.

Milli Hidrometeorologiya Xidmətinin AzEdu.az-a verdiyi məlumata əsasən,  Azərbaycanın bəzi rayonlarında yanvarın 23-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Əsasən şərq rayonlarında isə yağıntının qısamüddətli intensivləşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox