Azedu.az

UNESCO builki Beynəlxalq Təhsil Gününü süni intellektə həsr edib

22 Yanvar 2025, 10:44
UNESCO builki Beynəlxalq Təhsil Gününü süni intellektə həsr edib

UNESCO yanvarın 24-də qeyd olunacaq builki Beynəlxalq Təhsil Gününü süni intellektə (AI) həsr edib. AzEdu.az bu barədə təşkilatın bəyanatına istinadla xəbər verir.

Bəyanatda qeyd olunub: “UNESCO-nun Baş direktoru Odri Azule 2025-ci il Beynəlxalq Təhsil Gününü süni intellektin imkanlarına və çağırışlarına həsr etmək qərarına gəlib. O, UNESCO-nun üzv dövlətlərini həm müəllimlərin, həm də tələbələrin təhsil sahəsində bu texnologiyadan məsuliyyətlə istifadə etmələri üzrə təlimlərə sərmayə qoymağa çağırır”.

Təşkilatın məlumatında bildirilir ki, süni intellekt təhsildə getdikcə daha çox istifadə olunur. Yüksək gəlirli ölkələrdə orta məktəb şagirdlərinin üçdə ikisindən çoxu artıq məktəb tapşırıqlarını hazırlamaq üçün generativ süni intellekt alətlərindən istifadə edir. Müəllimlər də dərslərə hazırlaşmaq və tələbələrin işini qiymətləndirmək üçün süni intellektdən getdikcə daha çox istifadə edirlər. Ənənəvi olaraq müəllimlər və ekspertlər tərəfindən idarə olunan məktəb təlimatları və qəbullar da tədricən AI tərəfindən müəyyən edilir.

 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox