Azedu.az

Gənc oğlan yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Xəbərlər

21 Yanvar 2025, 08:41
Gənc oğlan yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Bakının Səbail rayonunda 19 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb.

AzEdu.az xəbər verir ki, 2006-cı il təvəllüdlü Mehdiyev Yusif Azər oğlu kiçik elektrik nəqliyyat vasitəsi (skuter - red) ilə hərəkətdə olarkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və döş qəfəsinin küt travması diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox