Azedu.az

İnsult keçirən Xalq artistinin son durumu AÇIQLANDI - YENİLƏNİB

Xəbərlər

19 Yanvar 2025, 20:54
İnsult keçirən Xalq artistinin son durumu AÇIQLANDI - YENİLƏNİB

TƏBİB Xalq artisti Ənvər Həsənovun vəziyyəti ilə bağlı məlumat yayıb.

AzEdu.az-ın məlumatına görə, məlumatda bildirilir ki, yanvarın 10-da saat 10:15-də Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunur ki, ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib.

"Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.

Yanvarın 18-də vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Hazırda həmin şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir", - qurumdan verilən açıqlamada bildirilir.

 

18:10

Xalq artisti Ənvər Həsənov insult keçirib.

AzEdu.az Report-a istinadən xəbər verir ki, bu barədə aktyorun qızı məlumat verib.

Onun sözlərinə görə, Xalq artisti bir neçə gündür xəstəxanadadır:

“Yanvarın 9-da aparmışdıq xəstəxanaya. Özünü yaxşı hiss etmirdi. Cümə günü xəstəxanada insult keçirdi və daha da ağırlaşdı. İki gün reanimasiyada qalandan sonra palataya köçürüldü. Müalicəsi davam etdirilir”.

Qeyd edək ki, 72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.

Hərbi hissədə partlayış - Fövqəladə vəziyyət elan olundu
Son xəbərlərDaha çox