Azedu.az

Dəhşətli qəzada avtomobili 17 yaşlı şəxs idarə edirmiş

19 Yanvar 2025, 13:00
Dəhşətli qəzada avtomobili 17 yaşlı şəxs idarə edirmiş

İmişlidə baş verən dəhşətli qəzanın yeni təfərrüatı məlum olub.

AzEdu.az Lent.az-a istinadən xəbər verir ki, hadisəyə səbəb olan avtomobilin sükanı arxasında yeniyetmə olub.

Bildirilib ki, araşdırmalar nəticəsində məlum olub ki, YPX avtomobilinin qarşısına çıxan "Mersedes" markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin sürücülük hüququ olmayıb. Onun 17 yaşı var və dayısına məxsus avtomobillə hərəkət edib.

Qeyd edək ki, ötən gün İmişlidə xidmətə gedən DYP-nin avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.

Onlardan iki nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.t

Ölkələr birləşdi-Rusiyaya böyük hücum başlayır
Son xəbərlərDaha çox