Azedu.az

Azərbaycan əhalisinin sayı açıqlanıb

17 Yanvar 2025, 15:20
Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı ötən ilin əvvəlindən 41232 nəfər və ya 0,4 faiz artaraq 2024-cü il dekabr ayının 1-i vəziyyətinə 10 milyon 222 min 2 nəfərə çatıb.

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Ölkələr birləşdi-Rusiyaya böyük hücum başlayır
Son xəbərlərDaha çox