Azedu.az

Qəzada vəfat edən qız bu universitetin tələbəsidir - YENİLƏNDİ+FOTO

Xəbərlər

Tələbə və şagird

17 Yanvar 2025, 14:16
Qəzada vəfat edən qız bu universitetin tələbəsidir - YENİLƏNDİ+FOTO

Masallı rayonunda ağır yol qəzası baş verib.

AzEdu.az xəbər verir ki, hadisə zamanı dünyasını dəyişən şəxs tələbə olub.

Lənkəran Dövlət Universitetindən sorğumuza verilən cavaba əsasən Aylin Malik qızı Məmmədova Lənkəran Dövlət Universitetinin xarici dil müəllimliyi( ingilis dili) ixtisasının II kurs tələbəsi olub.

Masallı rayonunun Təzə Alvadı kəndindəndir. Bu gün tələbənin dəfnində LDU-nun sosial məsələlər üzrə prorektoru Ramiz Şəmmədov, "Filologiya və ibtidai təhsil" fakültəsinin dekanı Elman Mİrzəyev,  şöbə müdiri Asif İmanlı iştirak ediblər. 

Allah rəhmət eləsin!

153530

13:51

Masallı rayonunda ağır yol qəzası baş verib.

AzEdu.az xəbər verir ki, hadisə dünən saat 19 radələrində Ələt-Astara yolunun 154-cü kilometrliyində - Təzə Alvadı kəndinin ərazisində qeydə alınıb.

Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Niyazi İkram oğlu Abdullayev idarə etdiyi “Mercedes” markalı 10 UT 770 N-li avtomobillə yolu keçən kənd sakini 2006-cı il təvəllüdlü Aylin Malik qızı Məmmədovanı vurub.

Xəstəxanaya yerləşdirilmiş A.Məmmədova ölüb. Məlumata görə, hadisə A.Məmmədova avtobusdan düşüb yolu keçərkən baş verib. O, universitetlərdən birinin tələbəsi imiş.

Baş DYP İdarəsinin inspektoru, polis baş leytenantı Elvin Hacıyev saytımıza bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox