Bakıda itkin düşən 13 yaşlı oğlan tapılıb.
AzEdu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvar ayının 15-i günorta saatlarında Nəsimi rayonu, Hüseynqulu Sarabski - 44 ünvanından velosipedlə çıxaraq itkin düşən Vüsal Zahid oğlu Əhmədov tapılaraq ailəsinə təhvil verilib.
08:53
Bakıda 13 yaşlı oğlan itkin düşüb.
AzEdu.az xəbər verir ki, Əhmədov Vüsal Zahid oğlu yanvarın 15-də günorta saatlarında Nəsimi Rayonu, Hüseynqulu Sarabski - 44 ünvanından velosipedlə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
Evdən çıxarkən əynində boz idman dəsti olub.
Məlumata görə, Vüsal autizm sindromludur.
Onu görənlərdən +994557466891 nömrəsi ilə əlaqə saxlamaları və ya yaxınlıqdakı polis bölməsinə məlumat vermələri xahiş olunur.