Azedu.az

İtkin düşən 13 yaşlı oğlan tapılıb - YENİLƏNİB

Xəbərlər

16 Yanvar 2025, 17:04
İtkin düşən 13 yaşlı oğlan tapılıb - YENİLƏNİB

Bakıda itkin düşən 13 yaşlı oğlan tapılıb.

AzEdu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvar ayının 15-i günorta saatlarında Nəsimi rayonu, Hüseynqulu Sarabski - 44 ünvanından velosipedlə çıxaraq itkin düşən Vüsal Zahid oğlu Əhmədov tapılaraq ailəsinə təhvil verilib.

 

08:53

Bakıda 13 yaşlı oğlan itkin düşüb.

AzEdu.az xəbər verir ki, Əhmədov Vüsal Zahid oğlu yanvarın 15-də günorta saatlarında  Nəsimi Rayonu, Hüseynqulu Sarabski - 44 ünvanından velosipedlə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Evdən çıxarkən əynində boz idman dəsti olub. 

Məlumata görə, Vüsal autizm sindromludur. 

Onu görənlərdən +994557466891 nömrəsi ilə əlaqə saxlamaları və ya yaxınlıqdakı polis bölməsinə məlumat vermələri xahiş olunur.

 

Hərbi hissədə partlayış - Fövqəladə vəziyyət elan olundu
Son xəbərlərDaha çox