Azedu.az

Bakıda itkin düşən 15 yaşlı qız tapılıb- YENİLƏNİB

15 Yanvar 2025, 12:18
Bakıda itkin düşən 15 yaşlı qız tapılıb- YENİLƏNİB

Yanvarın 13-də yaşadıqları evdən çıxıb naməlum istiqamətə gedən və bir daha geri qayıtmayan Neyjan İmaməddin qızı Hüseynova tapılıb.

Bununla bağlı AzEdu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

"Barəsində axtarış elan edilən yeniyetmə polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib",- deyə məlumatda bildirilib.

 

09:47

Bakıda 15 yaşlı yeniyetmə itkin düşüb.

AzEdu.az xəbər verir ki, Binəqədi rayon sakini Samirə Məmmədova onunla eyni ünvanda yaşayan qızı 2010-cu il təvəllüdlü Hüseynova Neyjan İmaməddin qızının yanvarın 13-də, saat 10:00 radələrində yaşadıqları evdən çıxıb naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Onun itkin düşməsi ilə bağlı polisə müraciət edilib.

Hazırda faktla bağlı Binəqədi RPİ-nin 5-ci PB-də araşdırma aparılır.

.

Ölkələr birləşdi-Rusiyaya böyük hücum başlayır
Son xəbərlərDaha çox