Azedu.az

"İlin gənc müəllimi" Global Teacher Award mükafatına layiq görüldü

Xəbərlər

Mil-Muğan Regional Təhsil İdarəsi

14 Yanvar 2025, 23:37
"İlin gənc müəllimi" Global Teacher Award mükafatına layiq görüldü

Beyləqan rayon Fazil Miriyev adına Şahsevən kənd 3nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Məmmədova Gülnarə Zülfəli qızı bütün dünya müəllimləri arasında öz nailiyyətləri seçilərək Global Teacher Award mükafatına layiq görüldü.

AzEdu.az xəbər verir ki, bu barədə məktəbdən məlumat verilib.

Bildirilib ki, 12 yanvar 2025-ci il tarixində Hindistanın Dehli şəhərində keçirilən tədbirdə müəllim Azərbaycanımızı layiq təmsil etmiş,panel çıxış zamanı öz təcrübəsini dünyanın müxtəlif yerlərindən təşrif buyuran müəllim və professor heyəti ilə bölüşüb. Bu nailiyyət yalnız Gülnarə xanımın peşəkarlığının deyil, həm də təhsilə sonsuz sevgisinin, yaratdığı innovativ layihələrin və şagirdlərinin həyatına etdiyi müsbət təsirin göstəricisidir. Onun qazanılan uğuru Azərbaycan müəllimlərinin qlobal səviyyədə tanınmasının qürurverici nümunəsidir.

 

Qeyd edək ki, Gülnarə Məmmədova “İlin Gənc Müəllimi-2023” müsabiqəsinin qaliblərindən biridir.

 

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox