Azedu.az

Direktor olmaq istəyənlərin imtahan nəticələri AÇIQLANDI   

Məktəblər

Müəllimlər və elm adamları

26 Noyabr 2018, 09:17
Direktor olmaq istəyənlərin imtahan nəticələri AÇIQLANDI   

Noyabrın 23-də direktorların işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb.

İnsan Resursları mərkəzindən AzEdu.az-a verilən məlumata görə, müsabiqənin imtahan mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlər şəxsi səhifəyə daxil olaraq imtahan nəticələri ilə tanış ola bilərlər. Müsahibə mərhələsi ilə bağlı müvafiq məlumat isə yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, direktorların işə qəbul müsabiqəsinə 700-ə yaxın vakant yer çıxarılıb. Test mərhələsində sualların ən azı 40%-ni cavablayanlar müsahibə mərhələsinə buraxılacaq.

Hansı universitetimiz TOP-500-də yer alacaq?
Son xəbərlərDaha çox