Azedu.az

Sabah külək güclənəcək - XƏBƏRDARLIQ

Xəbərlər

13 Yanvar 2025, 14:53
Sabah külək güclənəcək - XƏBƏRDARLIQ

Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə küləkli hava şəraiti gözlənilir.

AzEdu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.

Belə ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Şabran, Siyəzən, Xaçmaz, Xızı, Hacıqabul, Qobustan, Salyan, Neftçala, Lerik, Yardımlı, Yevlax, Gəncə, Göygöl, Naftalan, Goranboy, Mingəçevirdə fasilələrlə şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Ölkələr birləşdi-Rusiyaya böyük hücum başlayır
Son xəbərlərDaha çox