Azedu.az

22 yaşlı gənc intihar edib

Xəbərlər

13 Yanvar 2025, 09:34
22 yaşlı gənc intihar edib

Gəncədə intihar hadisəsi baş verib.

AzEdu.az xəbər verir ki, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində yerləşən yaşayış binasının birinin qarşısında qeydə alınıb.

Belə ki 2003-cü il təvəllüdlü Ü.Əlizadə yaşadığı binada özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.

Gənc oğlanın hansı səbəbdən intihar etməsi məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox