Azedu.az

Bir ailənin 5 üzvü zəhərləndi: 3-ü azyaşlıdır

Xəbərlər

13 Yanvar 2025, 08:45
Bir ailənin 5 üzvü zəhərləndi: 3-ü azyaşlıdır

Sumqayıtda 3 azyaşlı olmaqla bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

 

AzEdu.az xəbər verir ki, hadisə 18-ci məhəllədə qeydə alınıb.

 

Dəm qazından zəhərlənən şəxslər 1981-ci il təvəllüdlü İlqar Adil oğlu Süleymanov, onun həyat yoldaşı 1986-cı il təvəllüdlü Könül Zakir qızı Süleymanova, övladları 2006-cı il təvəllüdlü Yetər İlqar qızı Süleymanova, 2007-ci il təvəllüdlü Türanə İlqar qızı Süleymanova və 2008-ci il təvəllüdlü Ülvi İlqar oğlu Süleymanovdur.

 

Zəhərlənənlər dərhal xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox