Azedu.az

Məktəblərin 88 %-i DAĞIDILIB

Xəbərlər

12 Yanvar 2025, 15:49
Məktəblərin 88 %-i DAĞIDILIB

Qəzza zolağında məktəb binalarının azı 88 %-i İsrailin hücumları nəticəsində dağıdılıb və ya ciddi şəkildə zədələnib.

AzEdu.az xəbər verir ki, bu barədə Qətərin "Al Jazeera" telekanalı BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (HMƏİ) hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, Qəzza zolağında İsrailin hücumları nəticəsində 564 məktəb binasından 496-sı (88 %) dağıdılıb və ya ciddi şəkildə zədələnib. Eyni zamanda, Fələstin anklavında binaların təxminən 69 %-i dağıdılıb və ya zədələnib.

HMƏİ daha əvvəl bildirmişdi ki, BMT 2024-cü il oktyabrın 6-dan dekabrın 15-dək İsrailin Qəzzada məktəblərə 95 hücumunu sənədləşdirib. Bu binaların əksəriyyəti məcburi köçkün fələstinlilər üçün sığınacaq kimi xidmət edirdi.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox