Azedu.az

Aztəminatlı ailələrin uşaqlarına bayram sevinci bəxş edilib

Xəbərlər

11 Yanvar 2025, 10:26
Aztəminatlı ailələrin uşaqlarına bayram sevinci bəxş edilib

Azərbaycan Respublikasının Perudakı səfirliyi Peru-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə birgə Milad və Yeni il bayramlarını aztəminatlı ailələrin uşaqları ilə qeyd etmək üçün humanitar aksiyalar təşkil edib.

 

Səfirlikdən AzEdu.az-a bildirilib ki, bu təşəbbüs çərçivəsində səfirlik Peru-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri Xose Xeri ilə birgə Peru paytaxtının Praderas de Villa el Salvador rayonunun Ollita Virgen ərazisində yaşayan aztəminatlı ailələrin uşaqlarına, həmçinin deputat xanım Rosangella Barbaran ilə birlikdə Villa El Salvador rayonunda yerləşən Peru - Valladolid 7237 Təhsil Müəssisəsindəki uşaqlara bayram münasibətilə hədiyyələr təqdim edib, onlara bayram sevinci bəxş olunub.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox