Azedu.az

Məktəblini döyən sabiq məmur namizədlikdən GERİ ÇƏKİLDİ

10 Yanvar 2025, 14:45
Məktəblini döyən sabiq məmur namizədlikdən GERİ ÇƏKİLDİ

Bələdiyyə seçkilərində namizəd olan Lənkəran icra başçısının sabiq müavini Rəsilə Arifqızı (Əliyeva) namizədliyini geri götürüb.

AzEdu.az xəbər verir ki, onun namizədliyi hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Lənkəran bələdiyyəsi üzrə irəli sürülmüşdü.

YAP-ın Lənkəran Rayon Təşkilatından "cenublu.az" saytına bildirilib ki, onun namizədliyini geri götürməsinə səbəb səhhətində yaranan problem olub.

Rəsilə Arifqızının adı artıq MSK-nın saytında yerləşdirilən qeydə alınan namizədlərin seçki dairələrinə görə bələdiyyələr üzrə siyahısında yoxdur.

Qeyd edək ki, Rəsilə Əliyeva İcra Hakimiyyəti başçısı Taleh Qaraşovun müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub. 2022-ci ilin iyulunda Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi barədə məlumat yayılıb. Araşdırmalardan sonra Rəsilə Əliyeva vəzifəsindən azad edilib.

Bu hadisəyə görə hətta Lənkəran Rayon Məhkəməsinin hökmü ilə 4 min manat cərimə olunub.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox