Azedu.az

“Tarixdə bu gün” - Milli Qəhrəman Muxtar Qasımov anadan olub

Rubrika

10 Yanvar 2025, 08:44
“Tarixdə bu gün” - Milli Qəhrəman Muxtar Qasımov anadan olub

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

10 yanvar harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

10 yanvar 1954-cü ildə Mingəçevir Su Elektrik Stansiyası işə salınıb:

 

Mingəçevir SES Azərbaycan ərazisinin böyük bir hissəsini işıqla təmin edir. 

 

10 yanvar 1922-ci ildə Sovet İttifaqı Qəhrəmanı Əlif Piriyev anadan olub:

 

O, Krım uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 24 mart tarixli fərmanı ilə Sovet ittifaqı Qəhrəmanı adına layiq görülüb. O, 19 may 1986-ci ildə vəfat edib

 

10 yanvar 1958-ci ildə Azərbaycan Milli Qəhrəmanı Muxtar Qasımov yanvarında Beyləqanda dünyaya gəlib:

 

Qarabağ Müharibəsi illərində yüzlərlə yaralı Azərbaycan əsgərinə şəfa verən Muxtar həkim Xocalı facisəsindən sonra taleyini tamamilə cəbhəyə bağlayıb.1992-ci ildə Ağdam bölgəsində gedən döyüşlərdə də hərbi həkim olan Muxtar Qasımov elə həmin il Naxçivanik kəndində qəhrəmancasına həlak olub.

 

10 yanvar 1951-ci ildə Türkiyə vətəndaşlığından çıxarılan məşhur türk şairi Nazim Hikmət Ran 2009-cu il 10 yanvar tarixində “Resmi Gazete”də dərc olunan qərarla ölümündən 48 il sonra yenidən Türkiyə vətəndaşı oldu.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox