Azedu.az

DİM-dən ÇAĞIRIŞ: İmtahan tarixləri ilə bağlı qeyri-rəsmi mənbələrə İNANMAYIN

Dövlət İmtahan Mərkəzi (DİM)

8 Yanvar 2025, 13:15
DİM-dən ÇAĞIRIŞ: İmtahan tarixləri ilə bağlı qeyri-rəsmi mənbələrə İNANMAYIN

Xəbər verdiyimiz kimi, 2025-ci ildə keçiriləcək imtahanların tarixləri ilə bağlı cədvəlin bayramdan sonra açıqlanacağı elan olunmuşdu.

 

Sosial şəbəkələrdə, qeyri-rəsmi mənbələrdə imtahan tarixlərinin bu gün açıqlanacağı ilə bağlı informasiyalar yayımlanır.

 

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Dövlət İmtahan Mərkəzi (DİM) ilə əlaqə saxladıq.

 

Mərkəzdən bildirilib ki, qeyri-rəsmi mənbələrdə verilən informasiyalar həqiqəti əks etdirmir:

 

"Tarixlərin bu gün açıqlanması ilə bağlı xəbərlər doğru deyil. İmtahan vaxtının açıqlanması haqqında bu həftə ərzində məlumat veriləcək. Qeyd edək ki, imtahan tarixlərinin açıqlanması ilə bağlı xəbərləri yalnız rəsmi mənbə olan Dövlət İmtahan Mərkəzindən (DİM) almağınız tövsiyə edilir. Dezinformasiyalara inanmayın",- deyə mərkəzdən bildirilib.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox