Azedu.az

Qubada uşağa it hücum edib

8 Yanvar 2025, 10:44
Qubada uşağa it hücum edib

Qubada sahibsiz itlərin hücumuna məruz qalan şəxslərin vəziyyəti açıqlanıb.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, yanvarın 7-də müxtəlif saatlarda Quba rayonu ərazisində baş verən it dişləməsi səbəbilə xəsarət alan 3 nəfər Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

2018-ci il təvəllüdlü şəxsə (kişi cinsli) sol yanağın və gicgah çənə nahiyəsinin çoxsaylı cırılmış açıq yarası, 1960-ci il təvəllüdlü şəxsə (qadın cinsli) burunun kəsilmiş cırılmış açıq yarası, sağ saidin didilmiş sıyrılmış yarası, 1959-cu il təvəllüdlü şəxsə (qadın cinsli) isə sağ əlin 3 və 4 cü barmaqlarının kəsilmiş cırılmış yarası, sağ saidin arxa səthinin kəsilmiş açıq yarası diaqnozu təyin olunub.

Zərərçəkmişlərə ilkin zəruri tibbi yardım göstərildikdən və quduzluq əleyhinə vaksin vurulduqdan sonra onlardan iki nəfər - 1960-cı il və 2018-ci il təvəllüdlü pasiyentlər həmin günü Bakı şəhərində yerləşən Sabunçu Tibb Mərkəzinə təxliyə olunublar.

1959-cu il təvəllüdlü şəxs isə zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox