Azedu.az

Tovuzda 1 uşaq anası intihar edib

7 Yanvar 2025, 16:45
Tovuzda 1 uşaq anası intihar edib

Tovuzda intihar hadisəsi baş verib.

AzEdu.az "Qafqazinfo"a istinadla xəbər verir ki, hadisə Tovuz şəhəri Xəqani küçəsində qeydə alınıb.

Belə ki, kirayədə yaşayan 24 yaşlı Ş.Məmmədovanın meyitini həyat yoldaşı evin hamamında qaz borusundan asılı halda aşkar edib.

Bildirilir ki, Ş.Məmmədovanın 1 azyaşlı övladı qalıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox