Azedu.az

Dəm qazından zəhərlənən gənclər bu univesitetlərin tələbələridir

Xəbərlər

7 Yanvar 2025, 14:26
Dəm qazından zəhərlənən gənclər bu univesitetlərin tələbələridir

Xəbər verdiyimiz kimi, ötən gün Gəncədə iki tələbə dəm qazından zəhərlənib.

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, Gəncə şəhərinin Əhməd Cəmil küçəsindəki mənzildə kirayə yaşayan iki tələbə - 20 yaşlı Samirə Məcidova və 19 yaşlı Nigar Nərimanova dəm qazından zəhərlənmə şübhəsi ilə xəstəxanaya aparılıb.

Onlar Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələridir.

Tələbələr həkimlərin ilkin müayinəsindən sonra evə buraxılıblar.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox