Azedu.az

Dağlıq ərazilərə qar yağıb, Bakıda külək güclənib - FAKTİKİ HAVA

Xəbərlər

7 Yanvar 2025, 10:04
Dağlıq ərazilərə qar yağıb, Bakıda külək güclənib - FAKTİKİ HAVA

Yanvarın 7-sı saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti arabir yağıntılı keçib, dağlıq ərazilərə qar yağıb.

Düşən yağıntının miqdarı Lənkəranda 6, Astarada 5, Oğuz, Qəbələdə 4, Balakən, Neftçalada 3, Şamaxı, Sabirabad, Zaqatala, Bakı və Abşeron yarımadasında 2, Naxçıvan, Şərur, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəki, İsmayıllı, Qusar, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Biləsuvar, Yardımlı, Lerik, Şəmkirdə 1 mm olub.

Qar örtüyünün hündürlüyü Qaxda (Sarıbaş) 6, Şahbuz, Qrızda (Quba) 5, Daşkəsən, Altıağac, Xaltan, Qobustanda 1 sm-dir.

Yanvarın 6-da sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənib.

Gəncə, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qusar, Göyçay, Daşkəsən, Qrız, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 13 dərəcəyədək şaxta qeydə alınıb.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox