Azedu.az

“Tarixdə bu gün” - Azərbaycan türkcəsi dövlət dili elan olundu

6 Yanvar 2025, 09:01
“Tarixdə bu gün” - Azərbaycan türkcəsi dövlət dili elan olundu

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

6 yanvar harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

6 yanvar 1946-cı ildə İranda Azərbaycan Milli Firqəsinin qərarı ilə Azərbaycan türkcəsi dövlət dili elan olundu:

 

Bu 21 Azər inqilabından sonra milli hökumətin qəbul etdiyi ilk qərar idi. Bundan sonra hökumət Təbriz Dövlət Universitetinin yaranması ilə bağlı qərar verdi.

 

6 yanvar 1992-ci ildə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı hesabına qondarma "Dağlıq Qarabağ Respublikası"nın yaradıldığı elan edildi.

 

6 yanvar 2016-cı ildə Şimali Koreya rəhbərliyi ilk dəfə hidrogen bombasını sınaqdan keçirdiyini və sınağın uğurlu olduğunu açıqladı:

 

Punggye-ri Nüvə Mərkəzi yaxınlığında keçirilən sınaq beynəlxalq ictimaiyyətin sərt reaksiyasına səbəb oldu. Ancaq ABŞ rəhbərliyi sınaq keçirildiyinə dair sübut olmadığını bildirdi.

 

6 yanvar 1938-ci ildə Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri Mikayıl Müşfiq repressiya olunaraq güllələnib:

 

Azad fikirləri, arzularına görə Stalin repressiyasının qurbanı olub. Müşfiqin "Yenə o bağ olaydı", Oxu, tar" və bir sıra şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

Ehtiyatda olan hərbçilər orduya çağırıldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox