Azedu.az

Çində yeni virus yayılıb

Xəbərlər

5 Yanvar 2025, 13:03
Çində yeni virus yayılıb

COVID-19 pandemiyasından beş il sonra Çində insan metapnevmovirusu (HMPV) yayılıb.

AzEdu.az xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, HMPV qripə bənzər simptomlara səbəb olur. Virus adətən yuxarı tənəffüs sisteminə təsir edir, lakin bəzən aşağı tənəffüs yolu infeksiyalarına da səbəb ola bilər.

Xəstəliyin təxmini inkubasiya müddəti 3-6 gündür.

Hətta virusla bağlı Çinin fövqəladə vəziyyət elan etdiyinə dair iddialar var, lakin məlumat hələ rəsmi şəkildə təsdiq olunmayıb.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox