Azedu.az

Hava dumanlı olub, külək əsib - FAKTİKİ HAVA

Xəbərlər

5 Yanvar 2025, 12:38
Hava dumanlı olub, külək əsib - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 5-i saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

 

Xidmətdən AzEdu.az-a verilən xəbərə görə, Binə, Çilov adası, Hacıqabul, Neftçalada duman müşahidə olunub.

 

Narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi arabir Daşkəsəndə 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Oğuzda 20 m/s, Naftalan, Qobustan, Lerikdə 18 m/s, Şəkidə 15 m/s-dək güclənib.

 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 9 dərəcəyədək isti, Naxçıvan MR-da 10, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox