Aktyor Azər Baxşəliyev Yasamal rayonunda “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
AzEdu.az xəbər verir ki, dəfn mərasimində mərhum aktyorun sənət dostları, müxtəlif teatr və kino aktyorları, rejissorlar və digərləri iştirak ediblər.
11:10
Aktyor Azər Baxşəliyev vəfat edib.
AzEdu.az xəbər verir ki, mərhumun dostu, aktyor Elsevər Camal məlumat verib.
O bildirib ki, Azər Baxşəliyev bu gün günorta saatlarında Sabunçu qəbiristanlığında dəfn ediləcək.
***
Dünən axşamdan etibarən həkimlərin səyləri baxmayaraq, aktyor Azər Baxşaliyevin ümumi vəziyyətində geridönməz proseslər baş verib.
AzEdu.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Tibb Universitetinin mətbat katibi Günel Aslanova xəbər verib.
Bildrilib ki, poli orqan çatmamazlığı səbəbindən, orqanizm yaşama qabiliyyətini itirib: "Bu səbəbdən Azər Baxşaliyevin valideyn və ailə üzvlərinin istəyi ilə xəstə süni tənəffüs aparatından ayrılıb, bu gün evə aparılır".
Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. Yanvarın 2-də ürəyi dayanmış, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilmişdi.