Azedu.az

Goranboyda "Mercedes" aşdı: xəsarət alanlar içərisində azyaşlı var

Xəbərlər

4 Yanvar 2025, 21:02
Goranboyda "Mercedes" aşdı: xəsarət alanlar içərisində azyaşlı var

Goranboy rayonu, Balakürd kəndində avtomobil idarəetmədən çıxaraq aşıb, xəsarət alanlar var.

 AzEdu.az "Report"a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Balakürd kəndində qeydə alınıb.

"Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1984-cü il təvəllüdlü Muradov Bəhruz, 1964-cü il təvəllüdlü Bədəlova İradə, 1964-cü il təvəllüdlü Muradova Məleykə, 2009-cu il təvəllüdlü İbrahimli Fatimə və 1982-ci il təvəllüdlü İbrahimov Şaiq müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlardan ikisinin vəziyyəti ağır və orta ağır qiymətləndirilir. Digərlərinin vəziyyəti isə kafidir.

Faktla bağlı araşdırma aparılır.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox