Azedu.az

İtkin düşən uşaq 5 gün sonra sağ tapıldı

Xəbərlər

4 Yanvar 2025, 15:44
İtkin düşən uşaq 5 gün sonra sağ tapıldı

Zimbabvedə qəribə olay yaşanıb. 40 aslanın yaşadığı "Matusadona" Milli Parkında itən uşaq 5 gün sonra sağ-salamat tapılıb.

AzEdu.az xəbər verir ki, park əməkdaşlarının sözlərinə görə Tinotenda Pudu adlı azyaşlı evindən 23 kilometr uzaqlıqda yerləşən parka daxil olub və bir daha oradan çıxmayıb.

O 40 aslanın yaşadığı parkda hər gün m müxtəlif bitkilər yeyərək sağ qala bilib. 5 gün keçdikdən sonra mühafizəçilər onun sağ qaldığını görüb və ailəsinə təhvil verib.

Onlar 8 yaşlı Tinotenda Pudunu ayaq izlərindən tapıblar.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox