Qaxda yük maşınının vurduğu azyaşlının son durumu açıqlanıb.
AzEdu.az xəbər verir ki, Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Yanvarın 2-də saat 22:30-da baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2017-ci il təvəllüdlü (qadın cinsli) azyaşlı Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona baş beyin silkələnməsi, döş qəfəsinin, qarnın, beldən aşağı hissənin və çanağın səthi travmaları diaqnozu təyin edilib.
Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir", - deyə məlumatda qeyd olunub.
***
Qaxda 8 yaşlı qızı yük maşını vurub.
AzEdu.az xəbər verir ki, hadisə Qax şəhəri Ü.Hacıbəyov küçəsində fəaliyyət göstərən şadlıq evinin yanında baş verib. Ağdaş rayon sakini Sübhan Əsədov idarə etdiyi “Ford” markalı yük maşını ilə 2017-ci il təvəllüdlü Arzu Aslan qızı Ramazanovanı vurub. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan A. Ramazanova Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağıq qiymətləndirilir.
Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.
Azyaşlının şadlıq evində keçirilən toydan çıxarkən maşınla vurulduğu bildirilir.