Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub.
AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova APA-ya bildirib.
O qeyd edib ki, hazırda aktyorun vəziyyəti kritik ağır olaraq qalmaqdadır: “Xəstənin bir müddət öncə ürək fəaliyyəti dayanıb. Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır”.
17:44
Aktyor Azər Baxşəliyev vəfat edib.
AzEdu.az APA-a istinadən xəbər verir ki, ya ATU-nun Mətbuat katibi Günel Aslanova məlumat verib.
O bildirib ki, aktyor dünən xəstəxanaya koma vəziyyətində daxil olub: "Azər Baxşəliyev dünən koma vəziyyətində xəstəxanaya daxil olub. O, bu gün günorta saatlarında vəfat edib. Daha əvvəl isə böyrək çatışmazlığından əziyyət çəkib və bununla bağlı əməliyyat olunub".