Azedu.az

Gəncədə 22 yaşlı gənc oğlan bıçaqlanıb

1 Yanvar 2025, 09:31
Gəncədə 22 yaşlı gənc oğlan bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

AzEdu.az xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

2003-cü il təvəllüdlü İ.Pənahov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat edilib.

Hazırda onun vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, İ.Pənahov küçədə tanımadığı şəxslə mübahisə edən zaman bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox