Azedu.az

Tovuzda avtomobillər toqquşub, azyaşlı xəsarət alıb

Xəbərlər

31 Dekabr 2024, 23:47
Tovuzda avtomobillər toqquşub, azyaşlı xəsarət alıb

Tovuzda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var.

AzEdu.az xəbər veir ki, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb.

Hərəkətdə olan "BMW" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Toqquşan avtomobillərdən biri isə yol kənarındakı piyadanı, 1955-ci il təvəllüdlü Həmid Şirin oğlu Tağıyevi vurub. Piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Xəsarət alanlar - 2008-ci il təvəllüdlü Elmin Tağıyev, 1965-ci il təvəllüdlü Vilayət Yusifov, 1999-cu il təvəllüdlü Elvir Tağıyev və 1991-ci il təvəllüdlü Elnur Tağızadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox