Azedu.az

"Tarixdə bu gün" - Azərbaycanlı alimin doğum günüdür

Müəllimlər və elm adamları

31 Dekabr 2024, 09:39
"Tarixdə bu gün" - Azərbaycanlı alimin doğum günüdür

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 
 
31 dekabr harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.


31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür:

1989-cu ildə Türkiyənin İstanbul şəhərində tarixdə ilk dəfə olaraq Azərbaycanlıların Ümumdünya Konqresi toplaşdı.1991-ci ildən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü olaraq qeyd edilir.                                                                         

Hazırda dünyanın müxtəlif guşələrində 50 milyona yaxın azərbaycanlının yaşadığı məlumdur. Bunlardan 30 milyonu İranın əsasən Cənubi Azərbaycan torpaqlarında, 9 milyondan çoxu Azərbaycan Respublikası ərazisində, 2 milyondan çoxu MDB-nin müxtəlif ölkələrində, yarım milyonu Gürcüstanda, 8 milyona yaxını isə Avropa, Asiya, Amerika və Avstraliyada yaşayır.

2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının ilk qurultayı keçirilib. Məhz bu möhtəşəm tədbirdən sonra Skandinaviya, İtaliya, ABŞ, Avstriya, Almaniya və digər ölkələrdə yaşayan azərbaycanlı soydaşlar diaspora halına gətirildi, azərbaycançılıq ideyası daha səmərəli təbliğ olunmağa başladı.   

2002-ci il iyulun 5-də Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət komitəsi yaradıldı.


31 dekabr 1976-cə ildə Nizami metrostansiyası açılıb:

Dərinlikdə yerləşən "Nizami" stansiyası eskalatorla təchiz olunub. Stansiya "Azad qadın" heykəlinin yaxınlığındadır. Stansiyanın daxili hissəsinin tərtibatında milli memarlığın ən yaxşı nümunələrindən istifadə olunub. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə adlandırılan bu stansiya SSRİ Xalq Memarı, akademik Mikayıl Hüseynovun layihəsi əsasında tikilib.

"Nizami" metro stansiyası dünyanın ən gözəl metrostansiyalarının siyahısına daxil edilib.


31 dekabr 1985-ci ildə Bakıda 20 Yanvar, Elmlər Akademiyası, İnşaatçılar və Memar Əcəmi metrostansiyasının açılışı olub.

20 Yanvar stansiyası "İnşaatçılar" və "Memar Əcəmi" stansiyaları arasında yerləşir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecəAzərbaycanda baş vermiş qanlı hadisənin şərəfinə adlandırılıb. 

Əvvəllər stansiya "11-ci Qızıl Ordu Meydanı" adlanırdı. Stansiyaya daxil olan qatarlarda Bayatı-Şirazdan fraqment səslənir.

Memar Əcəmi stansiyası 1985-ci ildən fəaliyyətə başlayan, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvani adınadır.

 

31 dekabr 1905-ci ildə dünyaşöhrətli Azərbaycan alimi Yusif Məmmədəliyev Ordubadda anadan olub:

1926-cı ildə Azərbaycan Ali Pedoqoji İnstitutunu bitirdikdən sonra bir müddət Gəncə Pedoqoji Texnikumunda və İrəvan Pedoqoji İnstitutunda kimya müəllimi işləyib, Lomonosov adına Moskva Dövlət Universitetinində təhsilini davam etdirib.

1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yarandıqdan sonra Neft İnstitutuna rəhbərlik edib. Akademiyanın ilk 15 həqiqi üzvündən biri seçilən Yusif Məmmədəliyev 1947-1951 və 1958-1961-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olub.

Əsas elmi işləri neftin və neft qazlarının katalitik emalı sahəsinə aiddir. Müharibə illərində onun kəşf etdiyi yüksək oktanlı benzin təyyarələrdə istifadə üçün son dərəcə qiymətli yanacaq olub.

Y.Məmmədəliyev 1961-ci ildə 56 yaşında dünyasını dəyişib.

Ehtiyatda olan hərbçilər orduya çağırıldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox