Azedu.az

Dünya əhalisi 2024-cü ildə təxminən 82 milyon nəfər artıb

Xəbərlər

30 Dekabr 2024, 17:02
Dünya əhalisi 2024-cü ildə təxminən 82 milyon nəfər artıb

2024-cü ildə dünya əhalisi əvvəlki illə müqayisədə təxminən 82 milyon nəfər artıb.

AzEdu.az xəbər verir ki, bu barədə Almaniya Dünya Əhalisi Fondu ("Deutsche Stiftung Weltbevölkerung", DSW) məlumat yayıb.

Təşkilatın hesablamalarına görə, 2025-ci il yanvarın 1-nə dünya əhalisi 8.156 milyard nəfər olacaq.

Əhali artımı əsasən Afrikada müşahidə olunur. Fondun ekspertlərinin fikrincə, növbəti iki onillikdə bu qitədə yaşayan insanların sayı iki dəfədən çox arta bilər.

BMT-nin hesablamalarına görə, 2037-ci ildə planet əhalisi ilk dəfə olaraq 9 milyard nəfəri keçə bilər.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox