Azedu.az

İsa Həbibbəyli TÜBA-nın fəxri üzvü seçilib

Xəbərlər

30 Dekabr 2024, 11:25
İsa Həbibbəyli TÜBA-nın fəxri üzvü seçilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Türkiyə Elmlər Akademiyasının (TÜBA) fəxri üzvü seçilib.

 

Bu barədə AzEdu.az-a AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsindən bildirilib.

 

TÜBA-nın prezidenti professor Müzəffər Şəkər tərəfindən AMEA prezidentinə təbrik məktubu göndərilib.

 

"Türkiyə Elmlər Akademiyası (TÜBA) adından Akademiya Şurasının 17 dekabr 2024-cü il tarixli, 372 №-li qərarı ilə TÜBA-nın Fəxri üzvü seçilməyiniz münasibətilə ürəkdən təbriklərimizi çatdırmağa şadam", - məktubda deyilir.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox