Azedu.az

Ekipaj üzvlərinin II Fəxri xiyabanda dəfn mərasimi keçirilir - FOTO

Xəbərlər

29 Dekabr 2024, 13:30
Ekipaj üzvlərinin II Fəxri xiyabanda dəfn mərasimi keçirilir - FOTO

Aktauda təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin dəfn mərasimi keçirilir.

AzEdu.az xəbər verir ki, AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunur.

Qeyd edək ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox