Prezident İlham Əliyev Azərbaycanlı gənclərin keyfiyyətli təhsil alması üçün daim yeniliklər edib, sərəncamlar imzalayıb. Təkcə ölkəmizdə deyil, eləcə də xaricdə nüfuzlu ali təhsil müəssisələrində gənclərin təhsil alması üçün lazımi şərait yaradıb.
AzEdu.az xəbər verir ki, gənclərin xarici universitetlərdə keyfiyyətli təhsil alıb, Vətənə peşəkar kadr kimi dönmələri üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” yaradılıb.
Proqram çərçivəsində 2024/2025-ci tədris ilində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə isə 375 nəfər olmaqla, ümumilikdə 500 nəfər təqaüdçü adını qazanıb.
Proqramın icrası müddətində hər il 400 nəfər olmaqla ümumilikdə 2 000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə bakalavriat və magistratura səviyyələri üzrə təhsil alması nəzərdə tutulub.
2023–2024-cü tədris ilində Dövlət Proqramı çərçivəsində 17 ölkənin nüfuzlu ali təhsil müəssisələri üzrə 64 nəfər bakalavriat, 317 nəfər magistratura səviyyəsində olmaqla ümumilikdə 381 nəfər xaricdə təhsil hüququ qazanıb.
Ümumilikdə 2022-ci ildən başlayan qəbulda 1252 nəfər proqram çərçivəsində təhsil almaq hüququ əldə edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2022-ci il tarixli 3163 nömrəli Sərəncamı ilə yaradılan Dövlət Proqramının məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla onların müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik, bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli, yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.
Dövlət proqramı ilə bakalavriat səviyyəsi üzrə xaricdə təhsil almaq üçün bir sıra müraciət qaydaları var.
Namizədin cari tədris ilində ümumtəhsil müəssisələrinin buraxılış sinfində (XI sinif və ya xaricdə təhsil aldıqda müvafiq buraxılış sinfi) təhsil almalı və ya tam orta təhsilli olmalıdır.
Xarici ali təhsil müəssisəsinə qəbul olduqdan sonra isə xarici ali təhsil müəssisəsində bakalavriat səviyyəsi üzrə təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisasın Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən olunan prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısında göstərilən ixtisasa uyğun olmalıdır.
Təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa çərçivə sənədinə (CEFR) uyğun olaraq ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatı ALPT, DUOLINGO, CILS, DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMER olmalıdı.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan qəbul imtahanları çərçivəsində müraciət etdiyi sahəyə uyğun olaraq ixtisas qrupları üzrə yekun olaraq ən azı 400, digər sahələr üzrə ən azı 550 bal toplamalıdır.
Təhsil almaq istədiyi ixtisas sahəsi üzrə bilik və bacarıqları, məntiqi mühakimə yeritmək bacarıqları, kommunikasiya bacarıqları, özünə inam və inandırma qabiliyyəti yoxlanılır.
Proqram iştirakçılarının magistratura səviyyəsi üzrə seçimi üzrə xüsusi meyarlar aparılır:
Namizədin cari tədris ilində ali təhsil müəssisələrinin sonuncu tədris ilində təhsil almalı və ya bakalavr ali peşə-ixtisas dərəcəsinə malik olmalı (xaricdə ali təhsil aldıqda kvalifikasiyasının tanınması) və ya xarici ali təhsil müəssisəsinə qəbul olunmalıdır.
Xarici ali təhsil müəssisəsində magistratura səviyyəsi üzrə təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisasın Nazirlik tərəfindən müəyyən olunan prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısında göstərilən ixtisasa uyğun olmalıdır və təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa çərçivə sənədinə (The Common European Framework of Reference for Languages - CEFR) uyğun olaraq ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (ALPT, DUOLINGO, CILS, DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMER) malik olmalıdır.
Bakalavriat təhsil səviyyəsi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, Ümumi Orta Müvəffəqiyyət Göstəricisinin (ÜOMG) 81 bal və ya ondan yuxarı olmalıdı və ya xaricdə ali təhsil aldıqda digər qiymətləndirmə şkalaları üzrə ekvivalentliyin təmin olunması
Təhsil almaq istədiyi ixtisas üzrə namizədin bilik və bacarıqları, məntiqi mühakimə yeritmək bacarıqları eləcə də kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti kimi meyarlar əsas götürülür.
Xaricdə təhsillə bağlı bir sıra problemlər də var. Bu problemlər əsasən insanların dövlət proqramı ilə yox, xaricdə təhsil kursları ilə və ya attestatla təhsil alması ilə yaranır. Çünki bəzi xaricdə təhsil kursları yanlış yönləndirib qiyabi və distant təhsilə almalarına səbəb ola bilirlər. Bəzən isə daha asan olsun deyə attestatla Türkiyədə və ya bir sıra ölkələrdə təhsil alırlar və ölkəyə qayıtdıqları zaman diplomları tanınmır.
Diplomları Azərbaycanda tanınmayan universitetlər dedikdə ilk növbədə ağıla qiyabi və distant təhsil gəlir. Azərbaycanda distant təhsil forması olmadığı üçün istənilən ölkədə distant şəkildə keçirilən təhsilin diplomuölkəmizdə tanınmır. Azərbaycanda fəaliyyət göstərməsinə baxmayaraq, distant təhsil verdiyi üçün Anadolu Universitetinin diplomları da ölkəmizdə tanınmayan diplomlar arasında yer alır.
Bu 59 universitetin 30-a yaxınının diplomları ölkəmizdə qətiyyən tanınmır, digərlərində isə tanınma ehtimalı çox azdır. Hansı ki, orada oxuyan tələbələrin 50%-dən çoxunun diplomu tanınmayıb.
Amerika Birləşmiş Ştatları: Beynəlxalq Atlantik Universiteti (Yoxdur), Avstriya Respublikası: Beynəlxalq Xristian Universiteti (Hazırda fəaliyyət göstərmir) Birləşmiş Ərəb Əmirlikləri: Middlesex Universiteti (Middlesex University Dubai),Çex Respublikası: Beynəlxalq Praqa Universiteti (International Prague University)
Fransa Respublikası: EICAR – Paris Beynəlxalq Film və Televiziya Məktəbi (EICAR – The International Film & Television School, Vatel Otel və Turizm Biznes Məktəbi (Vatel Hotel & Tourism Business School)
Ukrayna:Şərqi Avropa İqtisadiyyat və İdarəetmə Universiteti (East European University of Economics and Management) (Gürcüstan filialının akkreditasiyası yoxdur),Laqodexi Elm-Təhsil İnstitutu (Learning-Scientific Institute of Lagodekhi),Beynəlxalq Ekologiya və Tibb Akademiyası (The International Academy of Ecology and Medicine),Avqustin Voloşin adına Karpat Universiteti (Augustine Voloshyn Carpathian University) (Gürcüstan filialının akkreditasiyası yoxdur) Ukrayna Avropa Universiteti (European University) “KROK” İqtisadiyyat və Hüquq Universiteti (KROK University of Economics and Law), Regionlararası Heyətin İdarəolunması Akademiyası (Private Joint-Stock Company "Higher Education "Institution Interregional Academy of Personnel Management"), Şərqi Avropa İqtisadiyyat və İdarəetmə Universiteti, Avqustin Voloşin adına Karpat Universiteti, Avropa Universiteti, T.Şevçenko adına Luqansk Milli Universiteti, Milli Aerokosmik Universiteti "Xarkov Aviasiya İnstitutu", Poltava İqtisadiyyat və Ticarət Universiteti, Regionlararası Heyətin İdarəolunması Akademiyası, Xarkov Dövlət Qida Texnologiyası və Ticarət Universiteti.
İspaniya Krallığı: EADA Biznes Məktəbi (EADA International Management Development Center), Barselona Qlobal Biznes Məktəbi (Global Business School Barcelona), Avropa Universiteti Biznes Məktəbi (EU Business School), Marbella Beynəlxalq Universiteti (Marbella International University Centre), Harbour Space Universiteti (Harbour Space University).
İtaliya Respublikası: Roma Biznes Məktəbi (Rome Business School), Maranqoni İnstitutu (Istituto Marangoni).
Rusiya Federasiyası: Beynəlxalq Humanitar- Texniki Akademiya (Международная гуманитарно-техническая академия) 26.04.2015-ci ilə qədər akkreditasiyası var, Nijeqorod Menecment və Biznes İnstitutu (Нижегородский институт менеджмента и бизнеса) 26.04.2015-ci ilə qədər akkreditasiyası var, Şərqi Avropa Psixoanaliz İnstitutu (Восточно-Европейский институт психоанализа) 22.06.2017-ci ilə qədər akkreditasiyası var, Sosial-Humanitar Təhsil və Xidmət İnstitutu (Институт социально- гуманитарного образования и сервиса) Ali təhsil müəssisəsi 19.12.2017-ci il tarixində fəaliyyətini dayandırıb, Dünya İqtisadiyyatı İnstitutu (Институт мировой экономики) 2014-cü ilə qədər olub və 2024-cü ildən təkrar akkreditasiyası var 2014-2023-cü illər ərzində akkreditasiyası olmamışdır, Moskva Humanitar-İqtisad İnstitutu (Московский гуманитарно-экономический институт) Ukrayna filialının akkreditasiyası yoxdur. Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu, Cənubi Rusiya Humanitar İnstitutu, Dərbənd Humanitar İnstitutu, Müasir Humanitar Akademiya, Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti, Dünya İqtisadiyyatı İnstitutu, Dağıstan Təhsil və Mədəniyyət Akademiyası, İvanovo Dövlət Universiteti, Moskva Sahibkarlıq və Hüquq İnstitutu, Rusiya Dövlət Turizm və Xidmət Universiteti, Cənub Federal Universiteti, Sankt Peterburq Dövlət Mülki Aviasiya Universiteti, Maliyyə və Hüquq İnstitutu, Dərbənd İncəsənət və Mədəniyyət İnstitutu,"Sinergiya" Moskva Maliyyə-Sənaye Universiteti, Moskva Politexnik Universiteti.
Türkiyə: Türkiyə Anadolu universitetinin Bakı filialı (Distant təhsil forması olduğu üçün).
Gürcüstan: Gürcüstan Avropa Tədris Universiteti, Gürcüstan Yeni Universiteti,Avropa Universiteti, Millenium Tədris Universiteti, Gürcüstan Beynəlxalq Tədris Universiteti, Tbilisi Açıq Tədris Universiteti, Gürcüstan Kənd Təsərrüfatı Universiteti, Tbilisi Humanitar Tədris Universiteti, Suxişvili Tədris Universitetinin”.
Xarici universitetlərdən məzun olub, Azərbaycana qayıdan tələbələr mütləq burada öz diplomlarını tanıtmalıdırlar. Bunun üçün onlar diplom aldığı ölkədə diplom və diplomun əlavəsini apostel etdirərək Azərbaycana gətirməli, burada natorional qaydada Azərbaycan dilində tərcümə etdirməli və Təhsildə Keyfiyyət Təminatı Agentliyin diplomun tanınması üçün müraciət etməlidir.
Bununla yanaşı tələbənin xarici pasportu, təhsil aldığı ölkəyə dair giriş-çıxış məlumatları, (pasport yenilənib, yaxud dəyişdirilibsə, Dövlət Sərhəd Xidmətindən təhsil aldığı müddətin giriş-çıxış tarixlərini almalıdırlar) şəxsiyyət vəsiqəsi, ödəniş qəbzi (250 manat dövlət rüsumu), tələbə oğlandırsa, hərbi mükələffiyyətlə bağlı məlumatları (hərbi xidmətdə olubsa, ona dair hərbi bilet əlavə olunmalı, hərbi xidmətmədirsə, hərbi xidmətdə olduğuna dair komisarlıqdan arayış) TKTA-ya təqdim olunmalıdır. TKTA məlumatların doğruluğunu yoxlamağa başladıqdan sonra sənədlərdə əskiklik yoxdursa, tanınma ilə bağlı müvafiq qərar verilir. Bu qərar iki halda ola bilir.
Qismən tanınma- Bəzi təhsil müəssisələri barədə TKTA-da hər hansısa narahatlıq varsa, agentlik həmin universitetə müraciət ünvanlayır. Tələbənin orada oxuduğu ilə bağlı məlumatları alır və ona müvafiq qərar çıxarır.
Bəzi ixtisaslarda isə, xüsusən də hüquq və tibb üzrə diplom üçün əlavə imtahan aparılır. İmtahandan məqbul bal topladıqda diplom tanınır. Məqbul bal toplamadıqda isə tələbə müvəqqəti olaraq Azərbaycandakı universitetlərdə oxumağa yönləndirilir. Tələbə müəyyən müddətlik Azərbaycanda oxuduqdan sonra imtahanda iştirak edib, məqbul bal toplayaraq diplomunu əldə edə bilir.